...

Sərhədi qanunsuz keçməkdə ittiham olunan türkiyəli iş adamı Ombudsmana ailəsi ilə görüşə şərait yaradılması üçün müraciət edib

Cəmiyyət Materials 8 İyul 2009 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı,08 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Sərhədi qanunsuz keçməkdə ittiham olunan türkiyəli iş adamı Ombudsmana ailəsi ilə görüşə şərait yaradılması üçün müraciət edib.
Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, Müvəkkilin nümayəndələri bu gün Bakı İstintaq Təcridxanasına baxış zamanı orada saxlanılan türkiyəli iş adamı Hüseyn Arabulla görüşüb.

Arabul ailəsi ilə görüşməkdə yardımçı olmasını Müvəkkildən xahiş edib. O, saxlanma şəraitindən, ona qarşı rəftardan narazılıq etməyib.

Arabul Cinayət Məcəlləsinin dövlət sərhədini qanunsuz keçməyə cəhdetmə (318) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində 2 ay müddətinə həbs seçilib.

Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. O, cəza müddəti başa çatmayanadək Azərbaycanı tərk edə bilməz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti