...

Azərbaycanda müştərilərin külli miqdarda pulunu mənimsəyən bank rəhbərliyinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 21 Avqust 2009 12:01 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov və filialın əməkdaşları Vüqar Behbudov, İslam Yusifov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Azərbaycanda müştərilərin külli miqdarda pulunu mənimsəyən bank rəhbərliyinin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 21 avqust  / Trend , müxbir H.Bağırov /

Azərbaycanda müştərilərin külli miqdarda pulunu mənimsəyən bank rəhbərliyi və işçilərinin cinayət işi üzrə məhkəmə başlayıb.

Trend -un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov və filialın əməkdaşları Vüqar Behbudov, İslam Yusifov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov və filialın əməkdaşlarının cinayəti üzrə 81 müştəri zərər çəkib. İttiham olunanlar zərərçəkənlərin banka qoyduğu təxminən 10 mln. manat pulunu mənimsəyiblər.

İttiham olunanlar ötən il sentyabrın 25-də həbs ediliblər. Bankın Bakı filialının isə fəaliyyəti dayandırılıb.

Onlar Cinayət Məcəlləsinin dələduzluq (178-ci), mənimsəmə və israf etmə (179-cu) və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320) maddələri ilə ittiham olunurlar.

Məhkəmənin vaxtı avqustun 24-nə təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti