...

Azərbaycanın Tibb Universitetinin rektoru süni mayalanmanın tərəfdarıdır

Cəmiyyət Materials 25 Avqust 2009 14:35 (UTC +04:00)
“Bu qanunun əleyhinə çıxmaq savadsızlıqdır, dünyada süni mayalanma yolu ilə doğulan xeyli uşaq var”, - Trend News-un məlumatına görə, çərşənbə axşamı “Reproduktiv sağlamlıq və ailə planlaşdıırlması haqqında” Qanun və "Azərbaycanda döş şişi və uşaqlıq boynu xərçənginin vəziyyəti” mövzusunda keçirilən dəyirmi masada Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib.
Azərbaycanın Tibb Universitetinin rektoru süni mayalanmanın tərəfdarıdır

Azərbaycan, Bakı, 25 avqust  / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Tibb Universitetinin rektoru "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanun layihəsinin müddəalarının insanlara təhrif olunmuş formada çatdırılmamasının tərəfdarıdır.

"Bu qanunun əleyhinə çıxmaq savadsızlıqdır, dünyada süni mayalanma yolu ilə doğulan xeyli uşaqlar var", - Trend -un məlumatına görə, çərşənbə axşamı "Reproduktiv sağlamlıq və ailə planlaşdıırlması haqqında" Qanun və "Azərbaycanda döş şişi və uşaqlıq boynu xərçənginin vəziyyəti" mövzusunda keçirilən dəyirmi masada  Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib.

Əmiraslanovun sözlərinə görə, reproduktiv müalicə üsulunun əleyhinə çıxılmamalıdır.  "Azərbaycanda övladlarının olmaması üzündən xeyli ailə dağılır. Bəzi ailələrin dağılmaması üçün ər və arvad xaricdə müalicə almağa gedirlər, mən şəxsən bir neçə belə ailəyə yardım etmişəm", - rektor vurğulayıb.

Onun fikrincə, süni mayalanmanın əleyhinə olmaq gələcəkdə çox böyük faciələrə səbəb ola bilər.

"Azərbaycanda elə ailələr var ki, ər və arvadın müxtəlif xıstələlikləri səbəbindən xəstə uşaqlar dünyaya gəlir. Bu qanun layihəsi qəbul olunarsa, ölkədə xəstə uşaqların doğulmasının da qarşısını aımaq mümkündür", - Əmiraslanov vurğulayıb.

"Reproduktiv sağlamlıq və ailə palanlaşdırılması haqqında" qanun layihəsi parlamentin ötən sessiyasında müzakirəsi zamanı donor bankı və surroqat ana ilə bağlı maddələrin əleyhinə xeyli fikirlər səslənib", - tədbirdə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət Həsənova bildirib.

Onun sözlərinə görə, layihənin qəbuluna cidii ehtiyac olduğundan, burada öz əksini tapan müddəalarla bağlı cəmiyyətə hərtərəfli və düzgün məlumat verilməlidir.

"Bizim məqsədimiz qadınların daha çox məlumatlandırılması olmalıdır", - tədbirdə çıxış edən millət vəkili Gültəkin Hacıbəyli bildirib. "Qadınların əksəriyyəti xəstəliklərin qarşısının necə almaq lazım olduğunu bilmirlər", - Hacıbəyli əlavə edib.

Xəbər lenti

Xəbər lenti