NATO-nun Baş katibi Andeas Foq Rassmussen Türkiyəyə səfər edəcək. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib. Rassmussen Türkiyəyə səfəri zamanı ölkənin xarici işlər naziri Əhməd Davudoğlu, Baş nazir Rəcəb Tayyib Ərdoğan və müdafiə naziri ilə görüşəcək.