...

Azərbaycanda IX siniflər üçün ilk dəfə olaraq mərkəzləşdirilmiş imtahanlar keçiriləcək - təhsil naziri

Cəmiyyət Materials 19 Oktyabr 2009 10:38 (UTC +04:00)
"Bu il 9-cu sinfi bitirən şagirdlərə ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş imtahanlar keçiriləcək", - Trend News-un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycanda IX siniflər üçün ilk dəfə olaraq mərkəzləşdirilmiş imtahanlar keçiriləcək - təhsil naziri

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda 9-cu siniflər üçün mərkəzləşdirilmiş imtahanlar keçiriləcək.

"Bu il 9-cu sinfi bitirən şagirdlərə ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş imtahanlar keçiriləcək", - Trend -un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Ötənilki tədris ilində mərkəzləşdirilmiş test imtahanları Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir şəhərlərinin və Azərbaycanın Ucar, İmişli və İsmayıllı rayonlarının orta məktəblərində keçirilib. Bu il mərkəzləşdirilmiş test imtahanları üçün Təhsil Nazirliyinin nümayəndələri bütün regionların məktəblərinə ezam olunacaqlar. Onlar direktor, müəllim və buraxılış sinfləri şagirdləri üçün imtahanların keçirilməsi ilə bağlı treninqlər aparacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti