...

İranlı müctəhid həbs olunanların ailələrinin dərdlərinə şərik olmaq məqsədi ilə İmam Rzanın mövlud gününü qeyd etməyib

Cəmiyyət Materials 30 Oktyabr 2009 17:44 (UTC +04:00)
İranlı müctəhid ölkədə seçkilərdən sonra həbs olunan şəxslərin ailələrinin dərdlərinə şərik olmaq məqsədi ilə şiələrin səkkizinci imamı Əli ibn Musanın (İmam Rza) ad günü şənliyini keçirməyib.
İranlı müctəhid həbs olunanların ailələrinin dərdlərinə şərik olmaq məqsədi ilə İmam Rzanın mövlud gününü qeyd etməyib

İranlı müctəhid ölkədə seçkilərdən sonra həbs olunan şəxslərin ailələrinin dərdlərinə şərik olmaq məqsədi ilə şiələrin səkkizinci imamı Əli ibn Musanın (İmam Rza) ad günü şənliyini keçirməyib. Məlumatı iranlı müctəhid Ayətullah Hüseynəli Müntəzirinin rəsmi saytı yayıb.

Trend -un Ayətullah Müntəzirinin rəsmi saytına istinadən yaydığı məlumata əsasən, oktyabrın 30-da (cümə günü) şiələrin səkkizinci imamı Əli ibn Musanın (İmam Rza) ad günü və böyük bayramdır. "İranda iyunun 12-də keçirilən prezident seçkilərindən sonra İslam İnqilabında xüsusi rolu olmuş şəxslərin həbslərinin davam etdirilməsini və onların ailələrinin ruhi və psixoloji narahatçılıqlarını nəzərə alaraq Ayətullah Hüseynəli Müntəziri bu il İmam Rzanın ad günü ilə bağlı şənlik mərasimləri keçirməyib", - məlumatda bildirilir.

"Bu gün çox böyük gündür və səkkizinci imam Əli ibn Musanın ad günüdür. İslam İnqilabının qurulmasında zəhmət çəkən xeyli tanınmış şəxslərimiz və dindarlarımız boş bəhanələrlə həbsdədirlər. Onların ailələrinin dərdlərinə şərik olmaq üçün biz də bu gün bayram etmədik", - Müntəziri bildirib.

Müntəziri indiki rejimlə şah rejimini müqayisə edərək bildirib ki, şah dövründə də əhali zülmə məruz qaldığı üçün İmam Xomeyni 12-ci imamın mövlud gününü keçirməyi məsləhət bilməmişdi.

İranda prezident seçkiləri iyunun 12-də keçirilib. Nəticələrə əsasən, Əhmədinejad 24,5 milyon səs qazanmaqla yenidən prezident seçilib. Müxalifətdə olan Musəvi və Kərrubi seçkilərdə geniş saxtakarlığa yol verildiyini iddia edərək, seçkilərin yenidən keçirilməsini tələb ediblər.

Seçkilərə etiraz aksiyaları zamanı 1000-dən çox aksiyaçı tutulub və rəsmi məlumata əsasən, 31 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti