...

Avropa Parlamentində Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Cəmiyyət Materials 9 Noyabr 2009 11:32 (UTC +04:00)
Noyabrın 9-13-də Avropa Parlamentinin binasında Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Tədbirlər Heydər Əliyev Fondu və Azərbaycanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin birgə layihəsi çərçivəsində keçiriləcək, Trend News-a fonddan bildirilib.
Avropa Parlamentində Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir M.Əliyev /

Noyabrın 9-13-də Avropa Parlamentinin binasında Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Tədbirlər Heydər Əliyev Fondu və Azərbaycanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin birgə layihəsi çərçivəsində keçiriləcək, Trend -a fonddan bildirilib.

Bu məqsədlə Brüsselə mədəniyyət və incəsənt nümayəndələri, o cümlədən Azərbaycan mətbəxini təqdim edəcək kulinar qrupu yola düşüb.

Mədəniyyət günlərində tamaşaçılara ölkəmiz haqqında daha dolğun informasiya çatdırmaq məqsədilə Azərbaycanın təbliğinə yönəlmiş geniş proqram hazırlanıb.

Avropa Parlamenti binasında Azərbaycan rəssamlarının əsərlərindən və etnoqrafik miniatürlərindən ibarət sərgilərin nümayişi nəzərdə tutulub.

Mədəniyyət günləri çərçivəsində gənc muğam ifaçıları tamaşaçılara təsniflərdən ibarət proqram, "Bakı ulduzları" rəqs qrupu folklor seçmələrdən ibarət rəqslər təqdim edəcəklər. Konsert proqramında caz trionun çıxışı da nəzərdə tutulur.

Mədəniyyət günləri iştirakçıları milli mədəniyyətin əsas qollarından biri olan Azərbaycan mətbəxi ilə tanış ola biləcəklər.

Xəbər lenti

Xəbər lenti