...

Azərbaycanın Mətbuat Şurası jurnalistin əfvi ilə bağlı müraciət edəcək

Cəmiyyət Materials 8 Dekabr 2009 14:51 (UTC +04:00)
"Həbsxanadakı jurnalist Müşfiq Hüseynovun saxlanma şəraiti və müalicə şəraiti ilə ilə maraqlanan Mətbuat Şurası onun əfvi üçün Prezident İlham Əliyevə müraciət göndərəcək", - çərşənbə axşamı Trend News-a şuradan bildirilib.
Azərbaycanın Mətbuat Şurası jurnalistin əfvi ilə bağlı müraciət edəcək

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurası jurnalistin əfvi ilə bağlı müraciət edəcək.

"Həbsxanadakı jurnalist Müşfiq Hüseynovun saxlanma şəraiti və müalicə şəraiti ilə ilə maraqlanan Mətbuat Şurası onun əfvi üçün hökumətə müraciət göndərəcək", - çərşənbə axşamı Trend -a şuradan bildirilib.

Şuranın təmsilçiləri həbsdə olan jurnalistin səhhəti ilə maraqlanmaq üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində olublar. "Şuranın sədri Əflatun Amaşovun sözlərinə görə, Hüseynovun saxlanma və müalicə şəraitinə xüsusi diqqət yetirilir. Əlbəttə, vərəm ciddi xəslətikdir. Amma mülaicə olunandır. Bunun üçün xeyli müddət tələb olunur. Hazırda müalicə prosesi davam edir. Həkimlərin və özünün söylədiyinə görə, səhhətində müəyyən irəliləyişlər var. Bəzilərinin dediyi kimi, ölüm ayağında deyil", - məlumatda vurğulanır.

Hüseynov 2007-ci il iyulun 24-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. 2008-ci il yanvarın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə iki il müddətinə jurnalist fəaliyyəti göstərmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi onun cəzasını beş ilə endirib.

Şura sədri qanunvericilikdə belə xəstələrin istəklərinə müvafiq həkimlə təminatının mümkünlüyünün də əksini tapdığını deyib və bu barədə Hüseynova məlumatın verildiyini vurğulayıb. "Amaşov həmçinin jurnalistin saxlanma şəraitindən, ona göstərilən səhiyyə xidmətindən və həkimlərdən şikayətinin olmadığını da diqqətə çatdırıb", - məlumatda əlavə olunur.

Şuranın Hüseynovun əfvi ilə bağlı dövlət başçısına müraciət unvanlayacağını bildirən Amaşov bunun üçün kifayət qədər əsasların mövcud olduğunu qeyd edib. "Ciddi xəstə olduğu məlumdur. Cəzasının yarıya qədərini çəkib. Evdə iki azyaşlı övladı var. Jurnalist özü də bir müddət əvvəl əfv edilməsi ilə bağlı ölkə prezidentinə müraciət ünvanlayıb", - məlumatda bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti