...

Naxçıvan MR-in Bənənyar kəndində baş verən hadisələrlə bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 15 Yanvar 2010 13:24 (UTC +04:00)
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, Naxçıvan Muxtar Respublikasının Bənənyar kəndində baş verən hadisələrlə bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur.
Naxçıvan MR-in Bənənyar kəndində baş verən hadisələrlə bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, Naxçıvan Muxtar Respublikasının Bənənyar kəndində baş verən hadisələrlə bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur.

"İstər Bənənyarda baş versin, istərsə də başqa bölgələrdə olsun, radikal, ekstremist mövqedə olanlara qarşı dövlət, cəmiyyət münasibət bildirməlidir", - Trend -un məlumatına görə, bunu cümə günü jurnalistlərə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Ğtən il dekabrın 27-də Aşura günü Naxçıvan Muxtar Respublikasının Bənənyar kəndində polislərlə sakinlər arasında insident baş verib. Bununla bağlı səfirliklər, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti