...

Prezidentin dəvəti ilə Plaçido Dominqo Gürcüstana gələcək

Cəmiyyət Materials 28 Yanvar 2010 16:42 (UTC +04:00)
Dünya şöhrətli tenor ispaniyalı Plaçido Dominqo Batumidə mayın 16-da açıq səma altında konsert verəcək.
Prezidentin dəvəti ilə Plaçido Dominqo Gürcüstana gələcək

Gürcüstan, Tbilisi, 28 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Dünya şöhrətli tenor ispaniyalı Plaçido Dominqo Batumidə mayın 16-da açıq səma altında konsert verəcək.

"Gürcüstan Prezidenti Mixail Saakaşvili dünya şöhrətli tenoru Gürcüstana şəxsən dəvət edib", - Zakariya Paliaşvili adına Tbilisi Opera və Balet Teatrının direktoru David Sakvarelidze jurnalistlərə bildirib.

Onların görüşü Milanda baş tutub. Gürcüstanlı Anita Raçvelişvilinin debütünün keçirildiyi "Karmen" operasının tamaşaya qoyulması ilə dekabrda La Skalada mövsüm açılıb. Onun çıxışına Gürcüstan Prezidenti və ispaniyalı tenor tamaşa edib.

Sakvarelidze sözlərinə görə, Plaçido Dominqo dəvəti böyük məmnuniyyətlə qəbul edib. O bildirib ki, çoxlu möcüzəli musiqilərin və bu cür səslərin olduğu ölkəyə mütləq gələcək.

Dominqo ilə tərkibi hələ müəyyənləşdirilən gürcü solistləri birlikdə çıxış edəcək.

2010-cu ildən dünya şöhrətli tenor bariton üçün partiyalar da ifa etməyi qərara alıb. Gürcüstan Dominqonun sözügedən layihələri təqdim edəcəyi ölkələrdən birincisi olacaq.

Məşhur "Üç Tenor"dan biri Xose Kareras da artıq dekabrın 31-də Batumidə keçirilmiş yeni il konsertində iştirak edib.

Xəbər lenti

Xəbər lenti