...

Azərbaycan diasporunun fəalları İsveç Parlamentində "erməni soyqırımı" ilə bağlı müzakirələrdə iştirak edəcək

Cəmiyyət Materials 11 Mart 2010 15:47 (UTC +04:00)
Azərbaycan diasporunun nümayəndələri bu gün İsveç Parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı keçirilən müzakirələrdə iştirak edəcəklər", - cümə axşamı Trend News-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Azərbaycan diasporunun fəalları İsveç Parlamentində "erməni soyqırımı" ilə bağlı müzakirələrdə iştirak edəcək

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan diasporunun fəalları İsveç Parlamentində "erməni soyqırımı"nın müzakirələrində iştirak edəcək.

Azərbaycan diasporunun nümayəndələri bu gün İsveç Parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı keçirilən müzakirələrdə iştirak edəcəklər", - cümə axşamı Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

"Azərbaycan Federasyonu İsveç"in (AFİ) sədri Səttar Sevgin bildirib ki, bu ölkədəki soydaşlarımız artıq bir neçə gündür fəal təbliğat aparır, layihənin ölkə parlamentində qəbulunun qarşısını almağa calışır. "Bu məqsədlə AFİ fəalları millət vəkilləri və parlamentdə təmsil olunan müxtəlif partiyaların nümayəndələri ilə görüşlər keçirib, müzakirələr aparıb, əsl tarixi reallıqları onların diqqətinə çatdırıblar. Müzakirələrə diasporumuzun bir qrup fəalı türk diasporunun nümayəndələri ilə birlikdə qatılacaqlar", - məlumatda vurğulanır.

Sevgin deyib ki, İsveçdə çıxan "Aftonbladet" qəzetində 6 diaspor təşkilatının imzası ilə parlamentdə qondarma "erməni soyqırımı"na dair layihəyə səs verməməyə çağıran eriraz məktubu dərc olunub. Bundan başqa, soydaşlarımız "mail" aksiyası keçirərək, müxtəlif elektron ünvanlara eriraz məktubları göndərirlər.

Müxalifətdə olan Sosial Demokratiya, Sol və Çevrə partiyalarının dəstək verdiyi layihə ilə əlaqədar "Anadolu" agentliyinə açıqlama verən Türkiyənin Stokholmdakı səfiri Zərgün Korutürk bunun sadəcə prosedurdan ibarət olduğunu deyib. "Bu təklif İsveç Parlamentindəki müxtəlif partiyaların üzvü olan millət vəkilləri tərəfindən 2008-ci ildə hazırlanıb. Məclisin daxili nizamnaməsinə görə, seçkilərdən əvvəl parlamentə təqdim olunan bütün təklif və layihələr yenidən gündəmə gətirilərək müzakirə olunur", - məlumatda qeyd edilir.

Korutürkün sözlərinə görə, hökumətin koalisiya ortağı olan sağçı partiyalar layihəyə qarşı çıxıblar.

Layihənin qəbulunun iki ölkənin münasibətlərinə zərər verəcəyini vurğulayan səfir təklifin qəbuledilmə ehtimalının olmadığını, buna baxmayaraq, hər zaman risk olduğunu deyib. Qeyd edək ki, 178 millət vəkilinin layihənin əleyhinə səs verməsi güman olunur. 3 solçu partiyaya mənsub olan 171 millət vəkili isə layihənin tərəfdarı kimi tanınır. Layihənin qəbulu üçün 175 səs kifayət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti