...

Azərbaycanda rüşvət almaqda və dələduzluqda təqsirləndirilən hərbi qulluqçunun məhkəməsi başlayıb

Cəmiyyət Materials 30 Mart 2010 15:58 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə rüşvət almaqda və bir sıra digər cinayətlərdə ittiham olunan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Müşfiq Cahid oğlu Əsədovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda rüşvət almaqda və dələduzluqda təqsirləndirilən hərbi qulluqçunun məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə rüşvət almaqda və bir sıra digər cinayətlərdə ittiham olunan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Müşfiq Cahid oğlu Əsədovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Əsədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Əsədov Cinayət Məcəlləsinin təkrar rüşvətalma (311.3.2), rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda (341.1) və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə (178.3.2) maddələri ilə ittiham olunur.

Əsədov xidmət etdiyi Müdafiə Nazirliyinin Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissəsində əsgərlərin evə buraxılması müqabilində onlardan pul almaqda ittiham edilir.

Xəbər lenti

Xəbər lenti