...

Azərbaycanda ali məktəblərə qanunsuz yolla tələbə qəbul etdirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb.

Cəmiyyət Materials 2 Aprel 2010 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda ali məktəblərə qanunsuz yolla tələbə qəbul etdirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə MəhkəməBakı şəhər sakinləri - Baba Qədirov, Əli Dəmirov və Röya Nəbiyevanın cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Mühakimə olunanlar Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə (178.3.2-ci) maddəsi ilə ittiham olunurlar. Bu şəxslər Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar ali məktəbə tələbə qəbul etdirməkdə ittiham olunurlar. Cinayət işi üzrə 20-dən çox zərərçəkmiş tanınıb.

Xəbər lenti

Xəbər lenti