Azərbaycan, Bakı, 05 may /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan paytaxtında Avropa Şurası idman nazirlərinin iclası keçiriləcək. Avropa Şurasında sentyabrın 21-22-də Bakıda keçirilməsi nəzərdə tutulan Avropa Şurası idman nazirlərinin toplantısının müzakirəsi başlayıb.
"Müzakirələrdə Azərbaycanı Gənclər və İdman Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov təmsil edir", - çərşənbə günü Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd edilir ki, Avropa Şurası idman nazirlərinin 2008-ci ildə Afinadakı toplantısında növbəti konfransın Bakıda keçirilməsi qərara alınıb.
Toplantıda, əsasən, gündəliyin müəyyənləşdirilməsi, mövzular, dəvət olunacaq qonaqların dəqiqləşdirilməsi kimi məsələlər müzakirə olunur.