...

Bəhruzər Rüstəmovun "Qarğınsız" adlı kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 6 May 2010 14:51 (UTC +04:00)
Jurnalist və politoloq Bəhruzər Rüstəmovun "Qarğınsız" adlı kitabının cümə günü təqdimat mərasimi keçirilib.
Bəhruzər Rüstəmovun "Qarğınsız" adlı kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M. Əliyev/

Jurnalist və politoloq Bəhruzər Rüstəmovun "Qarğınsız" adlı kitabının cümə günü təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, "Qarğınsız" kitabı gənclərimizə tariximizi tanıtmaq istiqamətində önəmli işdir və Azərbaycan tarixinin bir hissəsinin araşdırılmasına xidmət edir.

"Hər kəs öz ölkəsinin tarixini öyrənmək üçün, ilk növbədə, öz doğulub boya-başa çatdığı yerin tarixini bilməlidir. Azərbaycan kəndlərinin tarixi ilə bağlı bəzən səhv yazılar gedir və bu kitabda göstərilən faktlar qədim el-obalarımızın tarixini düzgün əks etdirir. Kitab tariximizi saxtalaşdırmağa çalışan insanlar üçün cavabdır", - Paşayeva bildirib.

Millət vəkilinin fikrincə, tarixi abidələrin tək yaranma tarixi deyil, onların yaranma hekayəti həm yerli insanlara, həm xaricdən gələnlərə maraqlıdır və "Qarğınsız" kitabında belə məlumatlar toplanılıb.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev təqdimat mərasimində "Qarğınsız" kitabının folklorşunas, etnoqrafların oxuması üçün dəyərli bir əsər olduğunu bildirib. Onun sözlərinə görə, kitabda Azərbaycan xalqının adət-ənənələri barədə məlumatlar geniş yer alıb.

Xəbər lenti

Xəbər lenti