...

Azərbaycanda Qızıl Aypara Cəmiyyəti təbii fəlakətdən zərərçəkmişlərə yardım göstərəcək

Cəmiyyət Materials 8 May 2010 11:03 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən şənbə günü Trend-ə verilən məlumata görə, fövqəladə vəziyyət haqqında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Budapeşt şəhərində yerləşən Avropa Zonasına məlumat verilib. Müvafiq humanitar yardımların edilməsi ilə əlaqədar cəmiyyət tərəfindən işlər aparılır.
Azərbaycanda Qızıl Aypara Cəmiyyəti təbii fəlakətdən zərərçəkmişlərə yardım göstərəcək

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlər nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsi üçün Qızıl Aypara Cəmiyyətinin yerli bölmələri tərəfindən qiymətləndirmə işləri aparılıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən şənbə günü Trend-ə verilən məlumata görə, fövqəladə vəziyyət haqqında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Budapeşt şəhərində yerləşən Avropa Zonasına məlumat verilib. Müvafiq humanitar yardımların edilməsi ilə əlaqədar cəmiyyət tərəfindən işlər aparılır.

Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun başçıliq etdiyi nümayəndə heyəti mayın 8-də Sabirabad, Salyan, Zərdab rayonlarına səfər edəcək.

Səfərin məqsədi, təbii fəlakətin baş verdiyi ərazidə zərərçəkmiş insanlara yardım göstərmək üçün qiymətləndirmə işlərinin aparılmasıdır.

Xəbər lenti

Xəbər lenti