...

Azərbaycan və Belarus arasında tələbələrin mübadiləsinə dair protokol imzalanıb

Cəmiyyət Materials 11 İyun 2010 16:11 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Belarus Tələbə Şurası arasında Bakıda cümə günü tələbələrin mübadiləsi ilə bağlı protokol imzalanıb.
Azərbaycan və Belarus arasında tələbələrin mübadiləsinə dair protokol imzalanıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Belarus Tələbə Şurası arasında Bakıda cümə günü tələbələrin mübadiləsi ilə bağlı protokol imzalanıb.

Protokola əsasən, iki ölkə arasında tələbə özünüidarəetməsi sahəsində təcrübə mübadiləsi, ikitərəfli tələbə mübadiləsinin dəstəklənməsi nəzərdə tutulur.

İmzalanmış sənəd ölkələrin mədəni irsi, tarixi ənənələri və milli dəyərləri ilə daha yaxından tanış etmək məqsədilə tələbələr və tələbə təşkilatları arasında əməkdaşlığın stimullaşdırılması, sahibkarlıq sahəsində tələbələrin fəaliyyətinin dəstəklənməsi, informasiya və kommunikasiya şəbəkəsinin inkişafı, tələbələr arasında qeyri-formal təhsil, elm və innovasiya sahələrində əməkdaşlıq və təcrübə mübadiləsini nəzərdə tutur.

Protokolu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və Belarus Tələbə Şurasını sədri Yuriy Çekuçeviç imzalayıblar.

İyunun 10-dan etibarən Belarusun gənclərdən ibarət nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Xəbər lenti

Xəbər lenti