...

Azərbaycanda əvvəllər hakim və vəkil işləmiş şəxslərin vəkilliyə qəbulu ilə bağlı sənəd qəbulu başlayıb

Cəmiyyət Materials 16 İyun 2010 16:30 (UTC +04:00)
Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov çərşənbə günü Trend-ə bildirib ki, indiyədək vəkilliyə qəbulla bağlı 19 nəfər keçmiş hakim və vəkil işləmiş hüquqşünaslar Kollegiyaya müraciət edib.
Azərbaycanda əvvəllər hakim və vəkil işləmiş şəxslərin vəkilliyə qəbulu ilə bağlı sənəd qəbulu başlayıb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda əvvəllər hakim və vəkil işləmiş şəxslərin vəkilliyə qəbulu ilə bağlı sənəd qəbulu başlayıb.

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov çərşənbə günü Trend-ə bildirib ki, indiyədək vəkilliyə qəbulla bağlı 19 nəfər keçmiş hakim və vəkil işləmiş hüquqşünaslar Kollegiyaya müraciət edib.

Müraciət edənlərdən 10 nəfəri tələb olunan sənədləri VK-yə təqdim edib.

Müraciət edənlərdən 9 nəfəri əvvəllər hakim, 10 nəfəri isə vəkil işləyən şəxslərdir.

Bu kateqoriyadan olan şəxslər VK-nin üzvlüyünə test imtahanı vermədən müsahibə yolu ilə qəbul ediləcəklər.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilən sonuncu əlavə və dəyişikliklər qüvvəyə mindiyindən əvvəllər hakim və ya vəkil işləmiş şəxslərə belə bir imkan yaradılıb.

Qanuna əlavə və dəyişikliklərdə qeyd olunur ki, əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı test vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.

Nəcəfov bildirib ki, əlavə və dəyişikliklərə qədər hakim və ya vəkil işləmiş şəxslət test imtahanı verməklə yanaşı, icbari təlim alandan sonra vəkillik fəaliyyətinə başlayırdılar.

Trend -un arayışı: Azərbaycan vəkillərin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Almaniyalı ekspert Tomas Herman daha öncə mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.

Almaniyalı ekspertin qənaətincə, ədalətli və obyektiv məhkəmə qərarının qəbul edilməsində peşəkar vəkillərin rolu var.

Hazırda Azərbaycanda 720-yə yaxın vəkil var.

Xəbər lenti

Xəbər lenti