...

"Gələcəkdən xəbər verən" osminoq Paulun obrazı İspaniya futbol millisinin emblemi kimi təklif olunub

Cəmiyyət Materials 12 İyul 2010 18:52 (UTC +04:00)
"Gələcəkdən xəvər verən" osminoq Paulun obrazı İspaniya futbolunun emblemi olmaq hüququna tam layiqdir.
"Gələcəkdən xəbər verən" osminoq Paulun obrazı İspaniya futbol millisinin emblemi kimi təklif olunub

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir V.Javoronkova/

"Gələcəkdən xəvər verən" osminoq Paulun obrazı İspaniya futbolunun emblemi olmaq hüququna tam layiqdir. Bunu Trend-ə İspaniyanın Qazaxıstandakı səfiri Alberto Anton Kurtes deyib.

"Hesab edirəm ki, məşhur osminoq Paulun obrazı ispan futbolunun emblemi olmaq hüququna tam layiqdir", - Kurtes bildirib.

Oberhauzendə akvarium mərkəzindəki məşhur osmenoq Paul İspaniyanın 2010-cu il futbol üzrə dünya çempionatında qələbəsini və Almaniya yığmasının üçüncü yeri tutacağı barədə düzgün xəbər verib. Paul çempionat çərçivəsində cəmi səkkiz proqnoz verib və onların hamısı düz çıxıb.

"Əvvəlcə mən Oberhauzendə akvarium mərkəzindəki osminoq Paulun öncədən xəbərvermələrinə şübhə ilə yanaşırdım. Lakin sonra... Onun yarımfinalda dediklərindən sonra mən ona inandım", - diplomat bildirib.

İspanlar tarixdə ilk dəfə olaraq əlavə vaxtda Hollandiya komandasına 1:0 hesabı ilə qalib gələrək dünya kubokunu qazandılar.

Xəbər lenti

Xəbər lenti