Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdəki "Fitnes" İstirahət Mərkəzində keçirilən II Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbirin fəxri qonağı Böyük Britaniyanın dünya şöhrətli London Kral Filarmonik Orkesrtinin konserti olub. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
Orkestrın solistlərini amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya və Azərbaycanın tanınmış drijoru Xalq Artisti, "Şöhrət" ordenli professor Rauf Abdullayev müşaiyət edib.
Klassik musiqi ifaçıları məşhur bəstəkarlar Pyotr Çaykovskinin "Françeska da Rimini", Fikrət Əmirovun "Kürd Ovşarı", Lüdviq Bethovenin "Fortopiano və orkestr üçün 5 saylı konsert" və "Emperor" əsərlərini səsləndirmişlər. Çıxışlar maraqla qarşılanıb.
Qəbələdə London Kral Filarmonik Orkestrinin konserti avqustun 5-dək hər gün olacaq.
Qəbələdə London Kral Filarmonik Orkesrtinin konserti olub
Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdəki "Fitnes" İstirahət Mərkəzində keçirilən II Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbirin fəxri qonağı Böyük Britaniyanın dünya şöhrətli London Kral Filarmonik Orkesrtinin konserti olub
