...

Xəzər dənizinin Şüvəlan ərazisindəki suları mazutdan təmizlənib – Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 6 Avqust 2010 19:45 (UTC +04:00)
Xəzər dənizinin Şüvəlan ərazisindəki suları mazutdan təmizlənib.
Xəzər dənizinin Şüvəlan ərazisindəki suları mazutdan təmizlənib – Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir M.Əliyev/

Xəzər dənizinin Şüvəlan ərazisindəki suları mazutdan təmizlənib. Bu barədə Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Avqustun 1-dən etibarən, Şüvəlan ərazisindəki dəniz sularında mazut ləkələrinin əmələ gəlməsi müşahidə olunub.

"Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji monitorinq şöbəsi tərəfindən ərazidə müşahidənin aparılması üçün monitorinq qrupu yaradılıb. İlkin analizlər göstərib ki, çirklənməyə səbəb sahilyanı ərazi yaxınlığında lövbərdə dayanan neft tankeri olub", - İbrahimov qeyd edib.

Onun sözlərinə görə, ilk günlərdə suda neft qatılığı normanı 94 faiz ötdüyü halda, gələcəkdə bu göstərici 62 və 30 dəfə azaldı. "Suyun son analizləri göstərdi ki, suda neft məhsullarının qatilıq səviyyəsi normanı ötmür", - nazirliyin mətbuat xidmətinin rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti