...

Azərbaycanda KİV-lər üçün elan olunmuş müsabiqənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 30 Avqust 2010 18:26 (UTC +04:00)
Azərbaycanda kütləvi informasiya vasitələri üçün elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.
Azərbaycanda KİV-lər üçün elan olunmuş müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda kütləvi informasiya vasitələri üçün elan olunmuş müsabiqənin nəticələri açıqlanıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, KİVDF-nin Müşahidə Şurasının bazar ertəsi keçirilən iclası zamanı 2 avqust 2010-cu ildə elan olunmuş "KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı" müsabiqəsinin yekunları müzakirə olunub.

Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqəyə təqdim olunmuş layihələr haqqında məlumat verib. Fonda 15 istiqamət üzrə 41 layihənin daxil olduğunu bildirib. O deyib ki, layihələrin 20-si qəzet redaksiyası, 12-si jurnalist təşkilatı, 9-u isə informasiya agentliyi tərəfindən təqdim edilib.

İclasda müsabiqənin nəticələri müzakirə edilib və ekspertlərin rəyləri nəzərə alınaraq qalib layihələr müəyyən olunub. Qalib qurumlardan 19-u qəzet redaksiyası, 6-sı informasiya agentliyi, 5-i isə jurnalist təşkilatıdır.

Xəbər lenti

Xəbər lenti