Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanın "Gəncə" klubunun müdafiəçisi "Unibank" premyer-liqasından müvəqqəti uzaqlaşdırılıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytının yaydığı məlumata görə, XIX "Unibank" premyer-liqasının IV turunun "Muğan"-"Gəncə" matçının sonunda "Gəncə" klubunun 14 №-li futbolçusu Rəfael Əmirbəyov aqressiv hərəkətə görə (rəqibə ayaqla zərbə), dördoyunluq cəzalandırılıb, klub 4 000 (dörd min) manat cərimə olunub.
"Muğan" - "Gəncə" oyunu 1:1 hesabı ilə başa çatıb.