...

Azərbaycanlı fotoqraf müsabiqənin qaliblərindən biri olub

Cəmiyyət Materials 21 Sentyabr 2010 13:41 (UTC +04:00)
Azərbaycanlı fotoqraf Mehman Hüseynov ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə keçirilən demokratiya mövzusunda müsabiqənin qaliblərindən biri olub. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.
Azərbaycanlı fotoqraf müsabiqənin qaliblərindən biri olub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanlı fotoqraf Mehman Hüseynov ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə keçirilən demokratiya mövzusunda müsabiqənin qaliblərindən biri olub. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.

İlk dəfə keçirilən müsabiqədə dünyanın 131 ölkəsindən olan fotoqrafların 3 000 işi təqdim edilib.

Müsabiqənin münsiflər heyəti dünyanın 6 qitəsindən 36 finalçını seçib. Avqustun 19-dan 26-dək dünyanın hər yerindən adamlar "Picasa Web" proqramı vasitəsilə 12 fotoşəkil seçərək səs veriblər.

Xəbər lenti

Xəbər lenti