...

Ukraynada Gürcüstan azərbaycanlılarının problemləri müzakirə olunacaq

Cəmiyyət Materials 1 Oktyabr 2010 11:39 (UTC +04:00)
Ukraynada Gürcüstan azərbaycanlılarının problemlərinə həsr olunmuş forum keçiriləcək.
Ukraynada Gürcüstan azərbaycanlılarının problemləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir T.Hacıyev/

Ukraynada Gürcüstan azərbaycanlılarının problemlərinə həsr olunmuş forum keçiriləcək. Trend-in GAK-a istinadən verdiyi məlumatına görə, bu barədə Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) sədrinin Ukraynada fəaliyyət göstərən "Demokratiyanın nəbzi" beynəlxalq ictimai təşkilatının rəhbərliyi ilə görüşü zamanı razılıq əldə olunub.

"Forumda Gürcüstan Azərbaycanlıları Konqresinin Gürcüstan azərbaycanlılarının hazırkı durumu və aktual problemləri barədə hazırlayacağı hesabat əsas mövzu ola bilər. Foruma səfirlər, Gürcüstan və Azərbaycandan nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri və KİV dəvət oluna bilər. Mövcud problemlər ictimailəşəndə onların tez bir zamanda həllini tapması imkanları yaranır", - GAK-ın məlumatında qeyd olunur.

Görüş zamanı GAK sədri Əli Babayev deyib ki, Gürcüstan azərbaycanlılarının hüquqlarının müdafiəsi sahəsində boşluqlar var.

"1 500-dən artıq azərbaycanlının konstitusion hüquqları pozulub. Soydaşlarımız tərəfindən qanun pozuntularına yol verilməsi əksərən onların elementar qanunlardan məlumatsızlıqları ilə əlaqədar olur. Bu sahədə mövcud problemlərin həlli istiqamətində Konqres insan haqları barədə müxtəlif maarifləndirici bukletlər nəşr etdirib. Konqres bu yaxınlarda Gürcüstanda yeni qəbul olunmuş Vergi Məcəlləsini Azərbaycan dilinə tərcümə etdirməyi nəzərdə tutur", - Babayev əlavə edib.

"Demokratiyanın nəbzi" beynəlxalq ictimai təşkilatının prezidenti Hikmət Cavadov rəhbərlik etdiyi təşkilat barədə məlumat verib. Onun sözlərinə görə, "Demokratiyanın nəbzi" təşkilatı 2005-ci ildə Azərbaycan və Ukrayna ictimai liderləri tərəfindən yaradılıb: "Təşkilatın əsas məqsədi Azərbaycan və Ukrayna ictimaiyyəti arasında maksimal açıq dialoqa nail olmaq, iqtisadi, siyasi və mədəni sahələrdə daha fəal əməkdaşlıq və həmçinin, ikitərəfli münasibətlərin daha da dərinləşməsinə kömək etməkdir", - Cavadov deyib.

Cavadov rəhbərlik etdiyi təşkilatın əsas məqsədlərindən birinin dünyanın bir sıra ölkələrinin Azərbaycan diasporalarının problemləri ilə yaxından tanış olmaqdan ibarət olduğunu deyib. "Demokratiyanın nəbzi" təşkilatının "Azərbaycanın sözü" qəzeti nəşr olunur. Qəzetimizin ilk sayı artıq işıq üzü görüb. Qəzetin ikinci sayını Gürcüstan azərbaycanlılarına həsr etmək fikrimiz var. Gürcüstana səfərimizin əsas məqsədi azərbaycanlıların yaşadıqları bölgələrə səfər edib onların həyat şəraiti, problemləri ilə yerində tanış olmaqdan ibarətdir", - təşkilat sədri deyib.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə çərçivəsində hazırlanan yazılar aşağıdakı linqlərdir:

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti