...

Gürcüstanda müxalifət və hakimiyyət birgə yeni Seçki Məcəlləsi qəbul etmək barədə razılığa gəliblər

Cəmiyyət Materials 11 Noyabr 2010 11:32 (UTC +04:00)
Bu gün parlamentdə təşkil olunan məsləhətləşmələrdə müxalifət parlament çoxluğundan seçki mühitinin yaxşılaşdırılması üzrə bütün mövqeləri nəzərdə tutan vədlər alıb. Bu barədə jurnalistlərə "Yeni sağçılar" partiyasının sədri David Qamkrelidze müxalifət partiyalarının nümayəndələrinin parlamentin sədri David Bakradze ilə məsləhətləşmələrinin başa çatmasından sonra deyib.
Gürcüstanda müxalifət və hakimiyyət  birgə yeni Seçki Məcəlləsi qəbul etmək barədə razılığa gəliblər

Gürcüstan, Tbilisi, 11 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün parlamentdə təşkil olunan məsləhətləşmələrdə müxalifət parlament çoxluğundan seçki mühitinin yaxşılaşdırılması üzrə bütün mövqeləri nəzərdə tutan vədlər alıb. Bu barədə jurnalistlərə "Yeni sağçılar" partiyasının sədri David Qamkrelidze müxalifət partiyalarının nümayəndələrinin parlamentin sədri David Bakradze ilə məsləhətləşmələrinin başa çatmasından sonra deyib.

Onun sözlərinə görə, ola bilsin ki, bugünkü görüş yeni Seçki Məcəlləsi üzərində işə başlanılacağını göstərib.

"Qapılar bütün ixtisaslaşmış siyasi subyektlər üçün açıqdır, onlara hər mərhələdə bizə qoşulmaq imkanı verilib. Görüşlər şəffaf keçiriləcək. İctimaiyyət bilməlidir ki, nə haqda danışmaq olar, nə haqda olmaz", - Qamkrelidze deyib.

Məsləhətləşmələr zamanı "yeni tipli" Seçki Məcəlləsinin qəbul olunacağını qeyd edən spiker Bakradze də görüş barədə fikirlərini söyləyib: "Bugünkü görüş məsləhətləşmə iştirakçılarının güzəştə getməyə və konsensus əsasında qərar qəbul etməyə nail olmağa hazırlığını göstərib", - o deyib.

Bugünkü görüşdə tərəflər məsləhətləşmələrin həftədə bir dəfə keçirilməsi barədə razılığa gəliblər. Görüşdə həmçinin, seçki mövzusu üzərində işləyən beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Növbəti görüş bazar ertəsi Mərkəzi Seçki Komissiyasında keçiriləcək.

Yeni Seçki Məcəlləsinin müzakirəsinə başlamaq təşəbbüsü ilə bir qədər əvvəl parlament azlığının lideri Georgi Tarqamadze çıxış edib.

Gürcüstanda növbəti parlament seçkilərinin 2012, prezident seçkilərinin isə 2013-cü ildə keçirilməsi planlaşdırılır.

Gürcüstan parlamenti Seçki Məcəlləsinə sonuncu dəfə bu qış dəyişikliklər edib. Dəyişikliklər əsasən Mərkəzi Seçki Komissiyasının tərkibinin prinsiplərinin və yerli seçki idarəetmə orqanı - sakrebulonun formalaşmasına dair olub.

Xəbər lenti

Xəbər lenti