...

Ekologiya və Təbii Sərvətlər Nazirliyində akademik Şəfaət Mehdiyevin xatirəsi anılıb

Cəmiyyət Materials 7 Dekabr 2010 17:38 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyevin "Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 8 noyabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə xatirə günü keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində akademik Şəfaət Mehdiyevin xatirəsi anılıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyində çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyevin "Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 8 noyabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə xatirə günü keçirilib.

Tədbirdə təhsil nazirinin müavini İradə Hüseynova, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə, Bakı Dövlət Universitetinin professorları Vasif Babazadə, Müseyib Müseyibov və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dünya şöhrətli alimin neft və onunla bağlı sahələrdəki araşdırmalarının istər respublikamızda, istər postsovet məkanında, istərsə də dünyanın ən nüfuzlu elm mərkəzlərinin yerləşdiyi xarici ölkələrdə xüsusi olaraq dəyərləndirildiyini qeyd edib, neft geologiyası elminin inkişafı sahəsində mühüm xidmətləri olan Şəfaət Mehdiyevin gərgin zəhmət hesabına yazdığı kitablar, monoqrafiyalar və dərsliklərin uzun illərdir ki, müxtəlif nəsil tələbə, alim və oxucular tərəfindən stolüstu dəyərli elmi vəsait kimi istifadə olunduğunu bildirib.

Sonda Şəfaət Mehdiyevin oğlu Aqşin Mehdiyev tədbir iştirakçılarına akademik haqqında deyilən fikirlərə, xoş xatirələrə görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti