...

CNN telekanalının məşhur jurnalisti Azərbaycana dəvət edilib

Cəmiyyət Materials 15 Dekabr 2010 12:51 (UTC +04:00)
CNN telekanalının məşhur jurnalisti Azərbaycana dəvət edilib
CNN telekanalının məşhur jurnalisti Azərbaycana dəvət edilib

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/

Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən "İnsan alverinə qarşı Beynəlxalq Forum"da iştirak edən millət vəkili Qənirə Paşayeva forum çərçivəsində bir sıra nüfuzlu şəxslərlə görüş keçirib.

Azərbaycan Parlamentinin deputatı Belçika şahzadəsi Matilda, BMT-nin keçmiş baş kitabi Butros Qali, ABŞ Dövlət Departamentindən Ümumidünya Qadın Məsələləri üzrə səfir Melanne Verver, CNN televiziyasının məhşur simalarından biri, jurnalist Cim Klansi (Jim Clansy), Misir Parlamentinin senatoru, dünyanın ən qədim kitabxanası olan İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldi, tanınmış prodüser və musiqiçi Dillon Justin ilə görüşüb.

Görüşlər zamanı Azərbaycanla bağlı məlumatlar verilib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Cim Klansi və Dillon Justini Azərbaycana dəvət edib.

Öz işini başa çatdıran "İnsan alverinə qarşı Beynəlxalq Forum"una dünyanın bir sıra nüfuzlu siyasi və ictimai xadimləri, qeyri-hökumət təşkilatları rəhbərləri, iş adamları, dünyaca məhşur sənətçilər və jurnalistlər qatılıb. Əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsi olan beynəlxalq forum Misirin birinci xanımı Suzan Mübarək ilə BMT rəsmilərinin rəhbərliyi ilə keçirilib və Palermo Konvensiyasının 10 illiyinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti