Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda ilk dəfə məhkumlara məzuniyyət verilib.
Trend-in məlumatına görə, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov çərşənbə axşamı məhkumların şeirlərindən ibarət "Zaman ömürdür keçər" adlı kitabın təqdimat mərasimində çıxışı zamanı bildirib ki, kitabda şeirləri çap olunan dörd məhkuma bir həftəlik məzuniyyət verilib.
Məhkumlardan biri qadın, üçü isə kişidir. Tədbirdə məzuniyyət vərəqələri məhkumlara təqdim olunub.
"Zaman ömürdür keçər" adlı kitabın təqdimat mərasimində məhkumların əl işləri də nümayiş etdirilib.