...

Azərbaycan Milli Dövlətçilik Partiyası sədrinin qardaşı istintaqda şahid qismində dindirilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 Yanvar 2011 16:02 (UTC +04:00)
Nemət Pənahlının vəkili Elçin Sadıqlı Trend-ə bildirib ki, Səməd Pənahlının barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanması və onun 2 ay müddətinə həbs olunması barədə məlumat həqiqətəuyğun deyil.
Azərbaycan Milli Dövlətçilik Partiyası sədrinin qardaşı istintaqda şahid qismində dindirilib (ƏLAVƏ OLUNUB)

Vəkilin açıqlaması əlavə olunub (ilk xəbər 11:13-də yayılıb)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlının qardaşı Səməd Pənahlı istintaqda şahid qismində izahat verib.

Nemət Pənahlının vəkili Elçin Sadıqlı Trend-ə bildirib ki, Səməd Pənahlının barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanması və onun 2 ay müddətinə həbs olunması barədə məlumat həqiqətəuyğun deyil.

Vəkil bildirib ki, Səməd Pənahlı qardaşının cinayət işi üzrə istintaqa şahid qismində çağırılıb və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Yanvarın 19-da saxlanılan Nemət Pənahlı barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 7-də, gecə saat 21:20 radələrində Bakı şəhər sakini Eldəniz Rzayev mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun Fərzullayev tərəfindən hədələndiyi, o cümlədən döyüldüyü barədə məlumat verib.

Onun məlumatı əsasında Pənahlı və Fərzullayev saxlanılıb.

Onlar barəsində Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 10-da 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, insident maşın alqı-satqısı ilə bağlı yaranan mübahisə zamanı baş verib.

Xəbər lenti

Xəbər lenti