...

Azərbaycanda informasiya daşıyıcıları mətbuatla işləməyə hazır olmalıdırlar - ombudsman

Cəmiyyət Materials 28 Yanvar 2011 12:12 (UTC +04:00)
"Nəinki informasiya alanlarla, jurnalisrtlərlə, həmçinin informasiya daşıyıcıları ilə işləmək lazımdır. İnformasiya daşıyıcıları qanun çərçivəsində istənilən məlumatın verilməsinə hazır olmalıdırlar", - ombudsman bildirib.
Azərbaycanda informasiya daşıyıcıları mətbuatla işləməyə hazır olmalıdırlar - ombudsman

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda informasiya daşıyıcıları mətbuatla işləməyə hazır olmalıdırlar. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə ombudsman Elmira Süleymanova bildirib.

"Nəinki informasiya alanlarla, jurnalisrtlərlə, həmçinin informasiya daşıyıcıları ilə işləmək lazımdır. İnformasiya daşıyıcıları qanun çərçivəsində istənilən məlumatın verilməsinə hazır olmalıdırlar", - ombudsman bildirib.

Milli Məclis ötən ilin dekabrında informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi barədə dəyişikliyi nəzərdə tutan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" qanunu birinci oxunuşda qəbul edib.

Qanunun ikinci oxunuşda qəbul olunması üçün 6 ay vaxtın olduğunu deyən Süleymanova bu müddətdən səmərəli istifadə olunmasını vacib sayıb. Qeyd edib ki, bu məqsədlə KİV nümayəndələri ilə görüş keçirilib və müzakirələr aparılıb.

O, bu istiqamətdə müvafiq işlərin aparıldığını bildirib.

Azərbaycanın Mətbuat Şurası isə media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsinə etiraz edib.

Xəbər lenti

Xəbər lenti