...

Azərbaycanın fövqəladə hallar naziri Gürcüstanda səfərdə olub

Cəmiyyət Materials 4 Fevral 2011 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın fövqəladə hallar naziri Gürcüstanda səfərdə olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər Gürcüstanın daxili işlər naziri İvan Merabişvilinin dəvəti ilə fervarlın 3-4-də baş tutub.

Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə ikitərəfli görüşlər keçirib.

Nümayəndə heyəti səfər çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının fəaliyyəti ilə də yaxından tanış olub.

Xəbər lenti

Xəbər lenti