...

Azərbaycan Nəqliyyat Nazirliyi "20 Yanvar" metro stansiyası yaxınlığındakı dairədə yeni tunel tikəcək

Cəmiyyət Materials 22 Fevral 2011 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.İsmayılov/

"20 Yanvar" metrostansiyası yaxınlığındakı dairənin boşaldılması üzrə işlər çərçivəsində Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC əvvəllər tikilən körpüyə əlavə tunelin tikintisi layihəsini hazırlayır. Bu barədə çərşənbə axşamı Trend-ə SC-dəki mənbə deyib.

Mənbənin dediyinə görə, hazırda yeni tunelin tikinti variantları nəzərdən keçirilir. O, Bakıda ya Zərdabi prospektindən, ya da Şərifzadə küçəsindən başlayacaq və hazırda yolayrıcının yerləşdiyi keçmiş 3-cü mikrorayon dairəsinin yerində başa çatacaq.

"Bu tunel əvvəlcədən nəzərdə tutulmuşdu və layihədə hər hansı dəyişiklik anlamına gəlmir", - mənbə qeyd edib.

Onun sözlərinə görə, tunel vəsait çatışmazlığı, eləcə də bu ərazinin altından metro qolunun keçməsi ilə əlaqədar problem səbəbindən çəkilməyib.

Xəbər lenti

Xəbər lenti