...

Milli Onkologiya Mərkəzinin internet saytı istifadəyə verilib

Cəmiyyət Materials 23 Fevral 2011 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin internet saytı istifadəyə verilib.

Trend-in Səhiyyə Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, saytda Milli Onkologiya Mərkəzinin yaranma tarixi, xəbərlər, rəhbərlik, klinik və diaqnostik şöbələr haqqında məlumatlar, elmi məqalələr, mərkəzlə əlaqə vasitələri yerləşdirilib.

Saytda onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısı da yerləşdirilib.

Maraqlananlar sayta (www.nco.az; www.oncology.az; www.onkologiya.az) daxil olub, Azərbaycan, rus və ingilis dillərində istədikləri məlumatı əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti