...

Sabah Bakıda yağıntılı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 25 Fevral 2011 11:55 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında qar yağacağı proqnozlaşdırılır.
Sabah Bakıda yağıntılı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Bakıda və Abşeron yarımadasında qar yağacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti təşkil edəcək.

Respublikanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti