...

Azərbaycan DİN Daxili Qoşunlarda xidmətə qəbul elan edib

Cəmiyyət Materials 1 Mart 2011 15:09 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi ehtiyatda olan hərbi mükəlləfiyyətli şəxsləri xidmətə qəbul edir.
Azərbaycan DİN Daxili Qoşunlarda xidmətə qəbul elan edib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi ehtiyatda olan hərbi mükəlləfiyyətli şəxsləri xidmətə qəbul edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, həqiqi hərbi xidmətə Milli Aviasiya Akademiyasını bitirənlər, ali tibb təhsilli həkimlər (35 yaşadək), feldşerlər (27 yaşadək), BC kateqoriyalı sürücülər (27 yaşadək), boyu 170 sm-dən yuxarı və fiziki cəhətdən sağlam olan 25 yaşadək gənclər qəbul edilirlər.

Xidmətə qəbul olunmaq istəyənlər Daxili Qoşunların Bakı şəhəri Binəqədi rayonu, Q.Musabəyov küçəsi , 4 ünvanında yerləşən Baş İdarəsinə (012) 560-27-00 əlaqə telefonu ilə müraciət edə və bu barədə daha ətraflı məlumat ala bilərlər.

Xəbər lenti

Xəbər lenti