...

Türkiyədə Novruz festivalı keçiriləcək

Cəmiyyət Materials 10 Mart 2011 12:47 (UTC +04:00)
Türkiyədə martın 19-20-də 4-cü Novruz festivalı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Camal Mehmetxanoğlu bildirib.
Türkiyədə Novruz festivalı keçiriləcək

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyədə martın 19-20-də 4-cü Novruz festivalı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Camal Mehmetxanoğlu bildirib.

O, qeyd edib ki, "Azərbaycan Novruz festivalı İzmir" adlanan tədbir İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin və Xırdalan Musuqi Məktəbinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Martın 19-da Bakı gecəsi keçiriləcək. Gecədə Səməd Vurğun və Şövkət Ələkbərova gecələri təşkil olunacaq.

Martın 20-də də keçiriləcək Təbriz gecəsində Bulud Qaraçorlu və Ali Selim gecəsi təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti