...

AZAL-ın Kiyevə yeni reysi açılıb

Cəmiyyət Materials 29 Mart 2011 13:24 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Kiyev-Bakı reysi üzrə yeni marşrutu ilə uçan ilk təyyarə Kiyevin "Borispol" hava limanında yerə enib.
AZAL-ın Kiyevə yeni reysi açılıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Kiyev-Bakı reysi üzrə yeni marşrutu ilə uçan ilk təyyarə Kiyevin "Borispol" hava limanında yerə enib.

Azərbaycanın Ukraynadakı səfirliyindən çərşənbə axşamı Trend-ə bildirilib ki, uçuşlar həftədə 4 dəfə olmaqla, Airbus 319 və 320 təyyarələri ilə müntəzəm şəkildə həyata keçiriləcək.

Ukraynanın "Aerosvit" şirkətinin hazırda fəaliyyət göstərən reysləri ilə birlikdə, yeni reyslər iki paytaxt arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcək, xüsusilə Ukraynada yaşayan həmyerlilərimizin vətənə gediş-gəlişlərini xeyli asanlaşdıracaq.

2010-cu ilin 28 oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri zamanı Ukraynada yaşayan azərbaycanlılar AZAL-ın Kiyev şəhərinə reyslərinin açılması ilə əlaqədar Prezidentə müraciət etmişdilər. Hazırkı reysin açılması məhz bu müraciət əsasında Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə baş tutub.

Yeni reyslər bazar ertəsi, çərşənbə günü, cümə axşamı və şənbə günləri həyata keçirilir. Təyyarələr Bakıdan yerli vaxtla 09:35-də qalxır. Biletin minimal dəyəri 335 manatdır.

"Aerosvit" aviaşirkətinin təyyarələri isə Bakı və Kiyev arasında bazar ertəsi, çərşənbə, cümə və bazar günlərində uçuşlar edirlər.

Xəbər lenti

Xəbər lenti