...

Xəzər dənizində növbəti zəlzələ baş verib

Cəmiyyət Materials 30 Mart 2011 14:19 (UTC +04:00)
Ötən gecə yerli vaxtla saat 04:00-da Xəzər dənizində, Siyəzən şəhərindən 44 kilometr şimal-şərqdə zəlzələ baş verib.
Xəzər dənizində növbəti zəlzələ baş verib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Ötən gecə yerli vaxtla saat 04:00-da Xəzər dənizində, Siyəzən şəhərindən 44 kilometr şimal-şərqdə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidməti Mərkəzinin məlumatında deyilir.

42 kilometr dərinlikdə baş verən zəlzələnin gücü Rixter cədvəli üzrə 3,2 bal təşkil edib.

Mərkəzin məlumatında bildirilir ki, yeraltı təkanlar hiss olunmayıb.

Martın 29-da səhər Xəzər dənizində, Nardarandan 120 kilometr şərqdə zəlzələ baş vermişdi.

Xəbər lenti

Xəbər lenti