...

DSMF ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə idman yarışlarına başlayıb (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2011 13:55 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mini-futbol və şahmat turnirləri başlayıb.
DSMF ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə idman yarışlarına başlayıb (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mini-futbol və şahmat turnirləri başlayıb. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, turnirin başlaması münasibəti ilə keçirilən tədbirdə cıxış edən DSMF sədri Səlim Müslümov ulu öndər Heydər Əliyevin xalqımız üçün əvəzolunmaz xidmətlərindən danışıb. O bildirib ki, ümummilli liderin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.

"Bu gün respublikamızın həyatının bütün sahələrində ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılmaqdadır. Ulu öndər Heydər Əliyev idman sahəsinə də xüsusi diqqət göstərib. Bu diqqət və qayğının sayəsində Azərbaycanda idmanın inkişafı və kütləviləşməsi üçün də mükəmməl baza formalaşıb, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək, dünya şöhrətli idmançılar hazırlamaq üçün mükəmməl zəmin yaranıb", - Müslümov əlavə edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda idmanın qısa müddətdə surətli inkişafı Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi sayəsində reallığa çevrilib.

Müslümov bildirib ki, DSMF-də artıq neçə illərdir ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər keçirilir. Bunlardan biri də mini-futbol turniridir.

"Belə idman turnirləri gənclərin sağlam həyat tərzinə sadiq qalmalarında rol oynayır", - o vurğulayıb.

Mini-futbol və şahmat turnirlərinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində müəyyənləşəcək, qalib komandalara kubok və medallar təqdim ediləcək.

Ümummlli lider Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan iqtisadi inkişafına görə Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) ən öndəgedən ölkələrdən birinə çevrilib. Müstəqillik dövründə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətləri olub. Məhz onun hakimiyyəti dövründə Azərbaycan ciddi siyasi və iqtisadi böhrandan çıxaraq uğurlu inkişaf yoluna qədəm qoyub.

Xəbər lenti

Xəbər lenti