Azərbaycan, Bakı, 1 may /Trend/
Azərbaycan Premyer-Liqasının 2010-2011-ci il mövsümünün qalibi flaqman "Neftçi" klubu olub.
Trend-in məlumatına görə, bazar günü Azərbaycan Premyer Liqasında XXIX turunda keçirilən AZAL-"Neftçi" oyununda "ağ-qaralar" 1:3 hesabıyla qalib gəlməklə çempionata bir neçə tur qalmış çempionluğu təmin ediblər.
Buna səbəb turnir cədvəlində "Neftçi"yə yaxın olan "Xəzər-Lənkəran" və "Qarabağ" klublarının bu turda xal itirməsi olub.
"Qarabağ" ev oyununda "Bakı" ilə 2:2, "Xəzər-Lənkəran" isə səfər oyununda "İnter"lə 1:1 oynayıb.
Bu turdan sonar "Neftçi" 65 xalla birinci, "Xəzər Lənkəran" 55 xalla ikinci, "Qarabağ" 54 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Neftçi" sonuncu çempionluğunu 2005-ci ildə qazanıb.