Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi bu il orta məktəblərə müəllim seçimində yeniliklər edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
"Müəllim seçimində əvvəlki kimi ali məktəblərdə təyinat məsələsi olmayacaq. Qərara gəlmişik ki, bütün vakant müəllim yerləri barədə Azərbaycan cəmiyyətinə və ali məktəb məzunlarına məlumat verək. Onlar elektron ərizə verməklə, nazirliyin keçirdiyi imtahanlarda iştirak etsinlər. Müvafiq balı toplayanları məktəblərə göndərəcəyik", - nazir bildirib.
Mərdanovun sözlərinə görə, hazırda Azərbaycanın orta məktəblərində işləyən müəllimlərin sayı kifayət qədərdi.
"Yeniliyin əsas məqsədi orta məktəblərdə yalnız bilikli müəllimlərin işə qəbulunu təmin etməkdir", - Mərdanov deyib.
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərə müəllim seçimində yeniliklər edəcək
Azərbaycan Təhsil Nazirliyi bu il orta məktəblərə müəllim seçimində yeniliklər edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
