...

Mədəniyyət və turizm naziri "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin şanslarını qiymətləndirdi

Cəmiyyət Materials 11 May 2011 13:14 (UTC +04:00)
Mədəniyyət və turizm naziri "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin şanslarını qiymətləndirdi.
Mədəniyyət və turizm naziri "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin şanslarını qiymətləndirdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və turizm naziri "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin şanslarını qiymətləndirdi.

"Bütün yarışlara qələbə əzmi ilə hazırlaşmaq lazımdır. Reallıq odur ki, müsabiqədə rəqabət çox güclüdür. Uşaqlar yarımfinal mərhələsində pis çıxış etmədilər. Ümidvaram ki, yaxşı nəticə əldə edəcəyik", - Trend-in məlumatına görə, çərşənbə günü jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Düsseldorf "Esprit Arena"da keçirilən "Eurovision-2011" mahnı müsabiqəsinin I yarımfinalında Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal uğurla çıxış ediblər.

Təmsilçilərimiz isveçli müəlliflərə məxsus "Running Scared" mahnısını uğurla ifa ediblər. Düsseldorf səhnəsində Avropa ictimaiyyəti qarşısında "El&Nikki" səhnə adı ilə çıxış edən Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Xəbər lenti

Xəbər lenti