...

Azərbaycanın ədliyyə orqanlarına işə qəbulla bağlı imtahanın vaxtı müəyyənləşib

Cəmiyyət Materials 12 May 2011 17:52 (UTC +04:00)
Ədliyyə orqanlarına işə qəbulla bağlı mayın 21-də test imtahanı keçiriləcək.
Azərbaycanın ədliyyə orqanlarına işə qəbulla bağlı imtahanın vaxtı müəyyənləşib

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə orqanlarına işə qəbulla bağlı mayın 21-də test imtahanı keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə keçiriləcək müsabiqə üzrə test imtahanı şəffaflığın artırılması məqsədilə bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçiriləcək.

Namizədlərdən imtahanın başlanmasına azı bir saat qalmış qeyd olunan ünvana gəlmələri xahiş olunur.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni mayın 19-dan etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 09:00-dan axşam saat 18:00-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq.

Xəbər lenti

Xəbər lenti