...

İki gənc azərbaycanlı gimnast Polşadakı turnirin qalibi olublar

Cəmiyyət Materials 17 May 2011 15:46 (UTC +04:00)
İki gənc azərbaycanlı gimnast bu günlərdə Varşavada keçirilən beynəlxalq turnirin qalibi olublar.
İki gənc azərbaycanlı gimnast Polşadakı turnirin qalibi olublar

Azərbaycan, Bakı, 17 may /Trend/

İki gənc azərbaycanlı gimnast bu günlərdə Varşavada keçirilən beynəlxalq turnirin qalibi olublar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müxtəlif növlər üzrə öz yaş kateqoriyasında ilk qızıl medalı Leyla İbrahimova qazanıb. Bu, artıq son dövr ərzində gənc idmançının qazandığı ikinci mükafatdır. Apreldə o, Rusiyadakı yarışın gümüş mükafatçısı olmuşdu.

İkinci qızıl medalı 2002-2003-cü il təvəllüdlü gimnastlar kateqoriyasında çıxış edən səkkiz yaşlı Aydan Ağayeva qazanıb.

Və nəhayət, 2003-cü il təvəllüdlü daha bir idmançı Ləman Hüseynova yarışın təşkilatçıları tərəfindən turnirin xüsusi mükafatına layiq görülüb.

Məşqçilərin sözlərinə görə, bu və başqa gimnastlar mayın sonlarında Rusiyanın Zvenoqorod şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti