...

Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanının köməkçisi və yavərinin apelyasiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 18 May 2011 14:28 (UTC +04:00)
Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin apelyasiya şikayəti təmin olunmayıb.
Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanının köməkçisi və yavərinin apelyasiya şikayəti təmin olunmayıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin apelyasiya şikayəti təmin olunmayıb.

Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, həmin şəxslər barədə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü qüvvədə saxlanılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə keçirilən prosesdə Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı Rail Rzayevin köməkçisi Aydın Rəfiyevə 9 il, yavəri Anar Haşımova 7, Anar Rəfiyevə 7 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin oğurluq, ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcburetmə və ya pulla ələ alma, rüşvət alma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və digər maddələri ilə ittiham olunurlar.

Generalın köməkçisi Rəfiyev və yavəri Haşımov 2009-cu il fevralın 11-də, Rzayev qətlə yetiriləndən dərhal sonra, onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

Xəbər lenti

Xəbər lenti