...

Türkiyə universitetlərinə keçirilən qəbul imtahanlarının nəticələri mayın sonunadək açıqlanacaq

Cəmiyyət Materials 18 May 2011 17:39 (UTC +04:00)
2011-2012-ci tədris ilində Türkiyə universitetlərinə azərbaycanlı gənclərin dövlət xətti ilə qəbulu üçün aprelin 24-də keçirilmiş imtahanın nəticələri mayın sonunadək açıqlanacaq.
Türkiyə universitetlərinə keçirilən qəbul imtahanlarının nəticələri mayın sonunadək açıqlanacaq

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ilində Türkiyə universitetlərinə azərbaycanlı gənclərin dövlət xətti ilə qəbulu üçün aprelin 24-də keçirilmiş imtahanın nəticələri mayın sonunadək açıqlanacaq.

Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil Müşavirliyindən Trend-ə verilən məlumata görə, imtahanın nəticələri Türkiyənin Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) rəsmi saytında yerləşdiriləcək.

Abituriyentlər saytda kodlarını daxil etməklə imtahan nəticələrini öyrənə bilərlər.

İmtahanda 1450 azərbaycanlı gənc iştirak edib. Nəticələr Türkiyədə optik oxucularla oxunacaq və kompüter vasitəsilə dəyərləndiriləcək. Nəticələr heç bir halda dəyişdirilməyəcək.

2011-2012-ci tədris ilində azərbaycanlı gənclər üçün Anadolu, Ankara, Ege, Qazi, İstanbul, Hacettepe və s. nüfuzlu ali məktəblərdə 40 plan yeri ayrılıb.

Hazırda Türkiyədə həm dövlət, həm də qeyri-dövlət xətti ilə 2500-ə yaxın azərbaycanlı tələbə təhsil alır.

Xəbər lenti

Xəbər lenti