...

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın gələn ay təsdiqlənəcəyi gözlənilir - nazir

Cəmiyyət Materials 19 May 2011 13:19 (UTC +04:00)
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın iyunun 6-da təsdiqlənəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın gələn ay təsdiqlənəcəyi gözlənilir - nazir

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın iyunun 6-da təsdiqlənəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.

"Bu proqram tam şəkildə yenidən hazırlanmış bir sənəddir. Proqram layihəsi müxtəlif sahələri əhatə edir və çox genişdir. Proqram layihəsi artıq bütün nazirliklərə paylanılıb", - nazir əlavə edib.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" Azərbaycan Prezidentinin sərəncamına əsasən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti