...

Xəzərdə arxeoloji qazıntı işlərinin aparılması üçün müvafiq qurumlara müraciət ediləcək

Cəmiyyət Materials 25 May 2011 14:40 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Xəzər dənizində sualtı arxeoloji qazıntı işlərinin aparılması üçün tələb olunan avadanlıqların alınması məqsədilə müvafiq qurumlara müraciət edəcək.
Xəzərdə arxeoloji qazıntı işlərinin aparılması üçün müvafiq qurumlara müraciət ediləcək

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Xəzər dənizində sualtı arxeoloji qazıntı işlərinin aparılması üçün tələb olunan avadanlıqların alınması məqsədilə müvafiq qurumlara müraciət edəcək.

Trend-in məlumatına görə, institutun direktoru Maisə Rəhimova çərşənbə günü jurnalistlərə bildirib ki, Xəzər dənizində qazıntı işlərinin aparılması üçün lazımi texniki avadanlıqlar Azərbaycanda yoxdur.

Onun sözlərinə görə, bundan əlavə, Xəzər dənizində ekspedisiyaların aparılması üçün mütəxəssis də hazırlamaq lazımdır.

İnstitut direktoru əlavə edib ki, maddi-mənəvi abidələrin aşkarlanması baxımından Xəzər dənizində qazıntı işlərinin aparılması olduqca vacibdir.

"Xəzər dənizində arxeoloji qazıntı işlərinin bu il ərzində aparılması mümkün olmayacaq. Bu il yalnız kəşfiyyat xarakterli ekspedisiya ola bilər. Belə ekspedisiya ötən il də aparılmışdı", - Rəhimova bildirib.

Xəbər lenti

Xəbər lenti