...

Ombudsmanın müraciətləri əsasında 13 məhkum əfv olunub

Cəmiyyət Materials 27 May 2011 17:31 (UTC +04:00)
Ombudsman ötən ilin dekabrında əfv haqqında sərəncamın imzalanmasından sonra 142 məhkumun əfv edilməsi ilə bağlı Əfv Komissiyasına müraciətlər ünvanlayıb.
Ombudsmanın müraciətləri əsasında 13 məhkum əfv olunub

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman ötən ilin dekabrında əfv haqqında sərəncamın imzalanmasından sonra 142 məhkumun əfv edilməsi ilə bağlı Əfv Komissiyasına müraciətlər ünvanlayıb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, sonuncu sərəncamla əfv edilənlərdən 13 nəfəri müvəkkilin müraciətləri nəzərə alınaraq azadlığa buraxılıb.

Bugünədək Ombudsmanın vəsatətləri üzrə 339 məhkum əfv edilərək azadlığa buraxılıb.

Dünən Prezident İlham Əliyev Respublika Günü münasibətilə əfv haqqında sərəncam imzalayıb, sərəncama əsasən 90 nəfər əfv olunub.

Əfv sərəncamına əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 70 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 şəxs isə cəzanın çəkilməmiş hissəsindən azad edilib.

İslah işləri cəzasına məhkum edilmiş iki şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Cərimə cəzasına məhkum edilmiş 6 şəxs isə cəzadan azad edilib.

Əfv olunanlar arasında yetkinlik yaşına çatmayanlar və qadınlar da var.

Bu, sayca 49-cu əfv sərəncamıdır.

Xəbər lenti

Xəbər lenti